BERU

BERU şirkəti - yandırma şamları və közərtmə şamları istehsalçısıdır.

www.beru.com

 

BERU şirkəti (Almaniya) avtomobil istehsalçılarının konveyerinə və ehtiyyat hissələri bazarına təchiz olunan alışdırma sistemlərinin istehsalçısı kimi şöhrət qazanmışdır. Aparıcı avtomobil istehsalçıları BERU şirkəti əməkdaşlıq edirlər: AUDI, BMW, CITROEN, DAIMLER-CHRYSLER, DAEWOO, FERRARI, FIAT, FORD, GM, HYUNDAI, KIA, LAND ROVER, LAMBORGHINI, LANCIA, MASERATI, NISSAN, OPEL, RENAULT, SAAB, SEAT, SSANG YONG, VW, VOLVO.

Keyfiyyət, beynəlxalq səviyyədə rəqabətə davam gətirməyə imkan verən əsas şərtdir. Buna görədə Beru firmasının zavodları ISO 9001 və QS 9000 standartlarına müvafiq olaraq sertifikat almışdır. Hal-hazırda Beru firması avtomobillərin elektronika avadanlıqlarının aparıcı dünya istehsalçılarına aid edilir.

Beru firmasının istehsal proqramı 2000-dən çox müxtəlif məhsulları özündə cəmləşdirir. Bunlar növbəti qruplara bölünür: alışdırma şamları, közərdilmə şamları, alışdırma sistemi kondensatorları, kommutatorlar, alışdırma paylayıcısının qapaqları, alışdırma qapaqları, alışdırma kontaktları, alışdırma şamları və alışdırma paylayıcıları üçün ştekkerlər, paylayıcıların sürüşən kontaktları, alışdırma sistemi məftilləri, radiomaniələrinin yatırılması üçün qurğular, avtomobillər və antenalar üçün elektrik lampaları. Hər avtomobillərdə Beru şirkətinin istehsalı olan 40 qədər məhsullarını sadalamaq olar.

Beru Ultra alışdırma şamları. Beru firması hər cür avtomobil markaları üçün Beru Ultra alışdırma şamlarının tam çeşidini təqdim edir. Ancaq alışdırma şamlarının qüsursuz fəaliyyəti zamanı, mühərrikin müntəzəm işləməsinə nail olmaq olar. Yandırma şamı dəqiqə ərzində 600-3500 dəfə fitil qığılcım çıxartmalıdır. Ən ekstremal ağırlıq qış vaxtları işə buraxılması zamanı, isti yay günləri istismar edilməsi və basırıq olanda tez-tez dayanmaq məcburiyyəti olduğu zaman düşür. Alışdırma şamlarına saniyə cirələri ərzində hərarətin 3000 selsi dərəcəsində dəyişilməsi zamanı və təzyiqin 50 bardan yüksək aşağı və yuxarı qalxıb enməsini davam gətirmək lazım gəlir. Ancaq Beru şirkətinin istehsal etdiyi alışdırma şamlar uzun müddət ərzində ən ekstremal tələbələrə cavab verir.

Alışdırma şamları Ultra-X. Beru firması müasir elmi nailiyyətləri təcəssüm edən Ultra-X şamlarının müasir modellərini istehsal edir. Ultra-X - çoxelektrodlu alışdırma şamıdır. Üzdən-hava qığılcımlı boşaldılma, nikellənmiş mis oxdan və xaçşəkilli düzülmüş dörd yan elektrodlardan ibarətdir. Ultra-X şamları növbəti üstünlüklərə malikdir:

Etibarlı alışdırma: üzdən-hava qığılcımlı boşaldılma texnikasının hesabına ikiqat etibar və dörd xaçşəkilli düzülmüş elektrodların hesabına təkmilləşdirilmiş qığılcımlı boşaldılmanın xüsusiyyətləri;

qüvvə: qığılcımlı boşaldılmanın uzanmış trayektoriyası hesabına optimal yanma;

soyuq mühərrikin etibarlı işə salınması: qığılcım fasiləsi hesabına özünütəmizləmə funksiyası;

etibarlılıq: izolyatorun konusşəkilli olmasına görə ideal iş hərarətini tez bir zamanda nail olmaq;

ekoloji cəhəti: ziyantörədici maddələrin tullantısının azadılması və yanacağın effektiv yanması hesabına katalizatorların qorunması.




Beru Beru Beru
Beru Beru Beru